Elmi-Metodiki Şura AzTU-da tədris prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltməyə xidmət edən, daimi fəaliyyət göstərən, kollegial, məşvərətçi–tövsiyəedici orqandır.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununu, “Elm haqqında” Azərbaycan Respublikasının qanununu, Azərbaycan Respublikasının “Təhsil sahəsində İslahat Proqramı”nı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası haqqında Əsasnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, AzTU-nun Nizamnaməsini, Universitetin Elmi Şurasının qərarlarını, Universitet rektorunun əmr, qərar və sərəncamlarını və Əsasnaməni rəhbər tutur.
Şuranın fəaliyyəti fakültə və kafedraların tədris prosesinin keyfiyyətini yüksəltmək üçün səylərin birləşdirilməsi, bu istiqamətdə səmərəli elmi-metodiki dəstəyin göstərilməsi və müvafiq tədbirlərin hazırlanması, fakültələrdə və kafedralarda planlaşdırılan tədris-metodiki işin müvafiq tələblər səviyyəsində icrasına nəzarətdən ibarətdir.
Şura vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Texniki Universitetinin rəhbər orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.