Haqqımızda

Azərbaycan Texniki Universitetinin Elmi-Metodiki Şurası haqqında

  Elmi-Metodiki Şura AzTU-da tədris prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yük­səlt­­­­­­­­məyə xidmət edən, daimi fəaliyyət göstərən, kollegial, məşvərətçi–tövsiyəedici or­qan­dır.

  Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haq­qın­­­da” Azərbaycan Respublikasının qanununu, “Elm haqqında” Azərbaycan Respublikasının qa­nununu, Azərbaycan Respublikasının “Təhsil sahəsində İslahat Proqramı”nı, Azərbaycan Res­publikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası haqqında Əsasnaməsini, Azərbaycan Res­­publikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Ka­binetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qə­rarlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, AzTU-nun Ni­zam­na­mə­­­­si­ni, Universitetin Elmi Şurasının qərarlarını, Universitet rektorunun əmr, qərar və sərəncamlarını və Əsasnaməni rəhbər tutur.

  Şuranın fəaliyyəti fakültə və kafedraların tədris prosesinin keyfiyyətini yüksəltmək üçün səylərin birləşdirilməsi, bu istiqamətdə səmərəli elmi-metodiki dəstəyin göstərilməsi və mü­va­­­fiq tədbirlərin hazırlanması, fakültələrdə və kafedralarda planlaşdırılan tədris-metodiki işin müvafiq tələblər səviyyəsində icrasına nəzarətdən ibarətdir.

  Şura vəzifələrini yerinə yetirərkən və hüquqlarını hə­­yata keçirərkən Azərbaycan Texniki Universitetinin rəhbər orqanları ilə qarşılıqlı əlaqədə fəaliy­­yət göstərir.

Şuranın fəaliyyətinin əsas istiqamətləri

  Şuranın fəaliyyətinin əsas növləri və formaları aşağıdakılardan ibarətdir:

  • AzTU-nun tədris ili üçün elmi-metodiki işinin əsas istiqamətlərinin müvafiq plan­lar­da əks olunması yolu ilə müəyyənləşdirilməsi;
  • fakültələr və kafedraların fəaliyyətində təşkilati-metodiki və tədris-metodiki mə­sə­­lə­lə­rin həllinə yönəlmiş elmi əsaslandırılmış tövsiyələrin hazırlanması;
  • AzTU-nun profesor-müəllim heyətinin öz ixtisas səviyyələrinin yüksəldilməsinə, el­mi əsas­landırılmış və effektiv innovativ texnologiyaların, təlim və tərbiyə metod və üsul­la­rı­nın işlən­məsinə və tədris prosesində fəal tətbiqinə yönəldilməsi;
  • tədris şöbəsi, keyfiyyət şöbəsi və Yüksək Təhsil İnstitutu (YTİ) ilə birlikdə fakültələr və kafedralar tərəfindən razı­laş­dı­rılıb təsdiq­lənmək üçün təqdim olun­muş tədris-metodiki sənədlərin keyfiyyətinə seç­mə üsulu ilə nə­zarətin həyata keçirilməsi;
  • kafedraların və ayrı-ayrı müəllimlərin tədris-metodiki, ideoloji və tərbiyə işinin nə­­ti­­cə­lə­rinin təhlilində iştirak edilməsi və onların təkmilləşdirilməsi üzrə tövsiyələrin ha­zır­lan­ma­sı;
  • təhsil prosesinin təşkili sahəsində AzTU-da və Azərbaycan Respublikası və ya xa­rici ölkələrin ali təhsil müəs­si­sə­­lərində qabaqcıl təcrübələrin öyrənilməsi və ümu­mi­ləş­di­ril­mə­­si, elmi-metodiki tədbirlər sistemi vasitəsilə tətbiqinin təmin edilməsi (konfranslar, semi­nar­lar, sərgilər, elmi-metodiki işlər toplusunun nəşrləri, ədəbiyyat təqdimatları, universitetin və di­gər universitetlərin aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri (master klasları), pro­fes­sor-müəllim he­yə­ti­nin və əməkdaşların peşəkar bacarıq müsabiqələri).
  • Aşağıda qeyd olunan istiqamətlər üzrə fakültələrdə təşkil olunmuş və fəaliyyət gös­tərən me­to­diki komissiyaların işinin koordinasiyası və nəzarətinin həyata keçirilməsi:
    1. təhsil standartlarının müzakirəsi, mütəxəssis hazırlığı üçün tədris planlarının və fənn proq­ramlarının hazırlanması;
    2. tələbələrin təhsili və tərbiyəsi ilə əlaqədar olaraq yerli (lokal) normativ hüquqi akt­ların la­yi­hə­lə­rinin müzakirəsinin təşkil edilməsi;
    3. tələbələrin akademik nailiyyətlərinin monitorinqinin yeni formalarının müza­ki­rə­si, on­la­rın həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması;
    4. tədris və tədris-metodiki nəşrlərin əlyazmalarının, o cümlədən elektron for­ma­da mü­­zakirəsinin təşkil edilməsi;
    5. innovativ xarakterli texnologiyalardan istifadə daxil olmaqla tələbələrin peşə ha­zır­­lı­ğı­na dair qabaqcıl təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
    6. fakültələrdə elmi-metodiki tədbirlərin keçirilməsi, tədris prosesinin maddi-texniki, metodiki və kadr təminatının qiymət­lən­di­ril­mə­si;
    7. ali təhsilin inkişafının aktual problemlərini, mütəxəssis hazırlığı üzrə çox­sə­viy­yə­li sis­te­mi­­ni və xarici təhsil sistemlərinə uyğunluğunu öyrənməyə yönəldilmiş universitet, re­gio­nal, res­pub­lika və beynəlxalq səviyyədə elmi-metodik tədbirlərin təşkili və keçirilməsi;
  • regionun təhsil müəssisələrinin işçiləri üçün AzTU məlumat mühitinin yaradıl­ma­­sı və dəstəklənməsi;
  • AzTU-nun tədris prosesində tədqiqat nəticələrinin tətbiqi aktlarının təsdiq edil­mə­si üçün kafedra müraciətlərinə baxılması;
  • AzTU-nun Elmi Şurası və rəhbərliyinin iclaslarında baxılması üçün tədris-me­to­di­ki ma­terialların hazırlanması üzrə təkliflərin verilməsi.
EMŞ-da aşağıdakı komissiyalar fəaliyyət göstərir:
  1. AzTU-da hazırlanmış təhsil proqramlarının, müvafiq tədris planları və fənn proqramlarının, dərslik və dərs vəsaitlərinin, metodiki göstərişlərin müvafiq tələblərə uyğunluğunun yoxlanılması və redaksiya, material üzrə komissiya;
  2. Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiq edilməsi məsələlərinə baxılması üzrə komissiya;
  3. Tələbələrin tədris və tərbiyəsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi, innovativ təhsil texnologiyalarından istifadə edilməsi üzrə komissiya.