Tələblər

Qrif üçün tələb olunan materiallar

Hörmətli müəlliflər material əlavə etməzdən əvvəl tələbləri oxumağınız məsləhət görülür

1) Tədris vəsaitinin (dərslik, dərs vəsaiti, metodik göstəriş, fənn proqramı və s.) çap olunmuş 1 nüsxəsi və elektron variantı;
2) Tədris vəsaitinin aid olduğu ixtisasın təhsil proqramı, tədris planı və fənn proqramı (dərslik, dərs vəsaiti və metodik göstəriş üçün);
3) Hazırlanmış tədris vəsaitinə alınan daxili və xarici rəylər (Rəylər elmi dərəcəli mütəxəssislər (professor və ya dosent) tərəfindən verilir);
4) Kafedra iclasının protokolundan çıxarış;
5) Kafedra müdirinin təqdimatı;
6) Fakültə metodiki komissiyasının iclasının protokolundan çıxarış;
7) Fakültə Elmi Şurasının iclasının protokolundan çıxarış;
8) - Əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verilməməsi barədə müəllifin (müəllif kollektivinin) notarial qaydada təsdiq olunmuş ərizəsi (Dərslik və məcburi fənn proqramı üçün);
- müəllif Universitet əməkdaşı olduğu halda insan resursları departamentində təsdiq olunmuş ərizə (Dərs vəsaiti, metodiki vəsait və seçmə fənn proqramı üçün);
- bir müəllif kənardan olduğu halda həmin müəllif üçün notarial qaydada təsdiq olunmuş ərizə;
9) Elmi-Metodik Şuranın qərarı üçün tədris vəsaitinin üz qabığı, nəşrin müəllifləri, vəsaitin adı, səhifəsi, nəşr ili, nəşriyyat göstərilən səhifəsi (2-ci səhifə) əlavə bir nüsxədə EMŞ-ya təqdim olunmalıdır.
10) Plagiat yoxlamasının nəticəsi haqqında sənəd


Qeyd. Protokollardan çıxarışlar və rəylər AzTU-nun elmi katibi tərəfindən, xarici rəylər isə rəyçinin işlədiyi müəssisədə təsdiq olunur və möhürlənir.